Putin Azərbaycanla münasibətlərdən danışdı

“Rusiya və Azərbaycanın regionları arasında əməkdaşlıq xalqların bir-birinə olan etimad və qarşılıqlı anlaşmasının möhkəmlənməsinə böyük töhfə verir”.

Globalinfo.az xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin 12-ci Rusiya-Azərbaycan regionlararası forumunda çıxışı zamanı deyib.

Regional əməkdaşlıq Rusiya-Azərbaycan strateji tərəfdaşlıq və müttəfiqliyinin mühüm tərkib hissəsidir:

“Bu, xalqlarımız arasında etimadın və qarşılıqlı anlaşmanın möhkəmlənməsinə, faydalı ticarət, investisiya və humanitar əlaqələrin təşviqi imkanlarının genişləndirilməsinə, əlaqələrin yaxşılaşdırılmasına böyük töhfə verir. Bu il də forumun gündəliyi həmişə olduğu kimi, əhəmiyyətli məzmuna malikdir. Sənaye və kənd təsərrüfatı sahələrində əməkdaşlığın inkişafının müxtəlif aspektləri, kiçik və orta biznesin dəstəklənməsi, birgə layihələrin həyata keçirilməsi diqqət mərkəzindədir”.

Əliyar Xəlil
Globalinfo.az