“Ukraynadakı müharibə Kiyevin prezident seçkisi keçirmək istəməməsi səbəbindən bitmir”.
Globalinfo.az xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin deyib.
“Əgər döyüş fəaliyyətləri bitsə, Kiyev hərbi vəziyyəti ləğv etməli və prezident seçkisi keçirməli olacaq. Lakin Ukrayna hökuməti bunda maraqlı deyil”, – Putin bildirib.
Onun sözlərinə görə, Ukrayna Kurska Rusiyanın Donbasda irəliləməsini dayandırmaq üçün daxil olub. Rusiya prezidenti Ukraynanın buna müvəffəq ola bilməyəcəyini deyib.
Əliyar Xəlil
Globalinfo.az