IMG 2176

Sabah”ın UEFA Çempionlar Liqasının Liqa mərhələsində rəqiblərinin müəyyənləşəcəyi vaxt müəyyənləşib.

Globalinfo.az xəbər verir ki, yarışın püşkatması avqustun 27-də Monakoda keçiriləcək.

Püşkatma Bakı vaxtı ilə isə saat 20:00-da başlayacaq.

Püşkatma zamanı Liqa mərhələsində iştirak edəcək 36 komandanın rəqibləri müəyyənləşəcək.

Sabah”ın 8 fərqli rəqibi olacaq. Azərbaycan çempionu 4 oyunu evdə, 4 oyunu isə səfərdə keçirəcək. İlk tur 8-10 sentyabrda olacaq.

Birinci torbada PSJ, “Bayern”, “Real Madrid”, “Liverpul”, “Barselona” kimi dünya nəhəngləri var.

IMG 2175

Paylaş: