Avropa İttifaqı Kiyev üçün vəsait axtarışında “pul pis qoxumur” prinsipini rəhbər tutur.
Globalinfo.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova deyib.
O bildirib ki, Avropa Komissiyası Ukrayna münaqişəsinin həlli üçün bütün səyləri pozur və Ukrayna rəhbərliyini hakimiyyətdə saxlamağa çalışır.
Rusiya Xarici İşlər Nazirliyinin sözçüsünün sözlərinə görə, Aİ siyasətçiləri istənilən maliyyə imkanı axtarırlar. Diplomat Avropada tətbiq olunan “pulun pis qoxusu yoxdur” prinsipini çox əxlaqsız adlandırıb.
Tahir Turan
Globalinfo.az