gemi 09

Azov dənizində yük gəmisinə edilən hücumdan sonra taleyi naməlum qalan Xaçmaz sakini Fuad Orucovun ailəsi ondan xəbər gözləyir.

Globalinfo.az lent.az-a istinadən xəbər verir ki, Fuad Orucovun yaxınları onun vəziyyəti ilə bağlı hələ də dəqiq məlumat ala bilmədiklərini deyirlər.

Ailə üzvlərinin sözlərinə görə, hadisədən sonra gəmidə olan şəxslərdən aldıqları məlumata əsasən, gəmi kapitanı kimi çalışan Fuad Orucov əvvəlcə ekipaj üzvlərinin təhlükəsizliyini təmin etməyə çalışıb. Bildirilir ki, o, gəmini dərhal tərk etməyərək digər heyət üzvlərinin xilasına kömək edib.

Yaxınlarının sözlərinə görə, hadisə zamanı Fuad Orucov ayağından yaralanıb. Lakin bundan sonrakı taleyi barədə ailəsinə hər hansı rəsmi məlumat verilməyib.

Fuad Orucovun valideynləri, həyat yoldaşı və qardaşları aidiyyəti qurumlarla əlaqə saxlasalar da, onun vəziyyəti ilə bağlı dəqiq informasiya əldə edə bilmədiklərini deyirlər.

Ailə üzvləri Fuad Orucovun taleyi ilə bağlı onlara rəsmi və dəqiq məlumat verilməsini xahiş ediblər.

Qeyd edək ki, Azov dənizinin Taqanroq körfəzində yük gəmilərinə pilotsuz uçuş aparatları ilə hücum edildiyi bildirilir. Hadisə ilə bağlı araşdırmalar davam edir.

bedf372f de87 406e beca ad68c7400bbd 1780737551

Paylaş: