PSJ Mbappeni bu qiymətə satır

PSJ Kilian Mbappe üçün 150 milyon avro istəyir.

Globalinfo.az sports.ru-ya istinadən xəbər verir ki, Fransa çempionu forvardın 2024-cü ildə azad agent kimi gedəcəyindən ehtiyat edərək bu yay təklifləri dinləməyə hazırdır.

Qeyd olunur ki, 2021-ci ildə “Real Madrid” Mbappe üçün 200 milyon avro təklif vermişdi.

Qeyd edək ki, Kilian 2022/23 mövsümündə Liqa 1-də 34 matçda 29 qol vuraraq bombardir olub.