Neymar mövsümü erkən başa vurdu

PSJ-nin zədəli futbolçusu Neymarın durumuna aydınlıq gəlib.

Globalinfo.az xəbər verir ki, bu abrədə klubun mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, braziliyalı vinger üçün mövsüm erkən başa çatıb. Yaxın günlərdə əməliyyat olunacaq “sambaçı” azı 3-4 ay yaşıl meydanlardan uzaq qalacaq.

Qeyd edək ki, 31 yaşlı futbolçu bu mövsüm 29 oyunda 18 qol, 17 məhsuldar ötürmə ilə yadda qalıb.