prospekt temir

İntensiv yağışlardan sonra paytaxtın küçə və prospektlərinin asfalt örtüyündə yaranan çuxur və çökmələr sürücülərə problem yaratmaqdadır.

Globalinfo.az-ın məlumatına görə, “Qafqazinfo”ya müraciət edən sürücü bildirib ki, təhlükəli çuxurlardan biri də Heydər Əliyev prospektinin köməkçi yolunda – Bağırov körpüsünün alt hissəsində yaranıb.

Onun sözlərinə görə, çuxura düşən avtomobillərin bəzilərinin təkəri partlayır. Öz maşınının da təkərinin partladığını deyən şikayətçi aidiyyəti qurumları problemi həll etməyə çağırıb.

***

AAYDA-nın əməkdaşları qeyd edilən ünvandakı çuxuru təmir ediblər.

Həmin görüntüləri təqdim edirik:

06495850 e1ba 4fff a500 907e1f9cf338
475e36c4 58e3 48ff 968e 77b66accfcf8
a3e2a4e4 c361 4d02 9e14 60c17e869b9e

Paylaş: