Prokurorluq Dövlət Gömrük Komitəsində əməliyyat keçirir – YENİLƏNİB

Dövlət Gömrük Komitəsinin Aksizli Mallar üzrə Baş Gömrük İdarəsində əməliyyat tədbirləri davam edir.

Globalinfo.az APA-ya istinadən xəbər verir ki, Baş Prokuror Yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi tərəfindən keçirilən əməliyyat zamanı bir neçə nəfər saxlanılıb.

Qanun pozuntularına yol verməkdə şübhəli bilinən şəxslərin dindirilməsi yekunlaşdıqdan sonra müvafiq qərar qəbul olunacaq.

***10:25

Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi Dövlət Gömrük Komitəsinin Aksizli mallar İdarəsində əməliyyat keçirir.

Globalinfo.az xəbər verir ki, hazırda əməliyyat tədbirləri davam edir.

Məlumatı Baş Prokurorluğun Mətbuat Xidmətindən APA-ya təsdiq ediblər.

Qeyd olunub ki, əməliyyat barədə əlavə məlumat veriləcək.