Prokuror Zəngilanda sərhədi pozan erməni diversantlara həbs cəzası istədi

Prokuror Azərbaycan dövlət sərhədini pozmaqda təqsirləndirilən Ermənistan vətəndaşları olan erməni hərbi qulluqçuları – Ovagimyan Arutyun Yurikoviç və Kazaryan Karen Aşotoviçin hər birinin 12 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Globalinfo.az-ın “Report”a istinadən xəbərinə görə, bu barədə dövlət ittihamçısı Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hakimi Fəhmin Hümbətovun sədrliyi ilə keçirilən prosesdə çıxışında elan edib.

Məhkəmənin növbəti iclası iyulun 7-nə təyin edilib.