Prokuror generala bu qədər həbs cəzası istədi – “Tərtər işi”

“Tərtər işi” ilə bağlı ittiham olunan general-mayor Bəkir Orucov, İntiqam Məmmədov, Rahib Məmmədov, Ziya Kazımov və Ülvi Rəşidovun məhkəmə istintaqı başa çatıb.

Globalinfo.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, Sumqayıt Məhkəmə Kompleksində Bakı Hərbi Məhkəməsinin hakimi Zeynal Ağayevin sədrliyi ilə keçirilən iclasda prokuror ittiham nitqi ilə çıxış edib.

Prokuror Bəkir Orucov və Ziya Kazımovun 12 il 6 ay, İntiqam Məmmədov və Ülvi Rəşidovun 10 il 6 ay, Rahib Məmmədovun isə 8 il 6 ay azadlıqdan məhrum edilməsini tələb edib.

Vəkillərə müdafiə çıxışına hazırlaşmaq üçün sentyabrın 14-nə kimi vaxt verilib.