Dünyamin Xəlilova hökm oxundu – YENİLƏNİB

Milli Məclisin sabiq deputatı Dünyamin Xəlilova yeni hökm oxunub.

Globalinfo.az “Report”a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Əli Məmmədovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, Dünyamin Xəlilov 14 il 9 ay, Azad Cavadov isə 13 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

***17:46

“Azərbaycan Beynəlxalq Bankı” ASC-nin vəzifəli şəxsləri ilə əlbir olaraq cinayət törətmiş Dünyamin Xəlilov və Azad Cavadovun məhkəmə istintaqı yekunlaşıb.

Globalinfo.az “Report”a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Əli Məmmədovun sədrliyi ilə keçirilən prosesdə prokuror Eldar Həmzə ittiham nitqi ilə çıxış edib.

Prokuror Dünyamin Xəlilovun 15 il müddətinə, Azad Cavadovun isə 13 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Qeyd edək ki, daha əvvəl Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Azad Cavadov 10 il 11 ay və Dünyamin Xəlilov isə 14 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.