Profilə generalın fotosunu qoydu, şəhid anasının başına oyun açdı – ŞOK TƏFƏRRÜAT

Vətən müharibəsində qəhrəmancasına şəhid olmuş Saatmirzə Feyruz oğlu Əzimovun ailəsi dələduzluqla üzləşib.

Globalinfo.az-ın əldə etdiyi məlumata görə, sosial şəbəkədə “Türkoğlu” adı ilə qeydiyyatdan keçən, profilə Milli qəhrəman Polad Həşimovun şəklini yerləşdirən Naxçıvan MR Şərur rayon sakini 1977-ci il təvəllüdlü Zaur Budaqov (şərti) şəhidin anasını, atasını və daha bir şəxsi aldadaraq onlara məxsus xeyli pulu ələ keçirib.

Belə ki, o, şəhidin anası ilə tanış olandan sonra S.Əzimovun xatirə bulağını tikdirəcəyinə vəd edərək onun anasından 8300 manat alıb. Pulun 4300 manatını xərcləyən şəxs qalan 4 min manatı ələ keçirib. Bundan başqa o, şəhidin atasına özünü Türkiyə vətəndaşı adı ilə təqdim etməklə onun Türkiyə vətəndaşlığını alaraq sonradan Almaniya Federativ Respublikasına aparacağını vəd edərək 4310 manat pulunu alıb. Həmin şəxs şəhidin evində usta işləyən digər şəxsi isə Hadrutda yüksək maaşlı işə düzəltmək adı ilə aldadaraq ondan da 660 manat pul aaraq ələ keçirib.

Məhkəmədə şəhidin anası S.Əzimova bildirib ki, Zaurla sosial şəbəkədə tanış olub və onun Türkiyə vətəndaşı olmasını güman edib: “Türkoğlu” adı ilə yazan və Milli Qəhramaınn fotosunu qoyan şəxs mənə oğlumun xatirəsinə bulaq inşa etdirmək istədiyini yazdı və Türkiyə vətəndaşı olduğunu deyərək köməklik etmək istədiyini dedi. Dəvətimizlə o, Siyəzən rayonuna – yaşadığımız ünvana gəldi, habelə ərim Feyruz Əzimov tərəfindən yaxşı münasibətlə qarşılandı. O, işləri Türkiyəli şirkət rəhbəri Cövdətin adından gördüyünü bildirdi”.

Şikayətçi əlavə edib ki, özünü Türkiyə vətəndaşı kimi təqdim edən şəxsə verdikləri pulun bir hissəsini kredit götürərək verib. O, dəfələrlə həmin şəxsdən verdikləri pulu tələb etsələr də, qaytarmadığını deyib.

Təqsirləndirilən şəxs isə şəhidin anasından aldığı pulları tikintiyə xərclədiyini deyib. Şəhidin atasından və onun evində işləyən ustadan aldığı pulları isə qaytara bilmədiyini deyən Zaur məhəmədən ədalətli qərar çıxarılmasını xahiş edib.

Şəhid isə tutulan şəxsin onun etibarından istifadə edərək daha 2 nəfərə qarşı dələduzluq etdiyini deyib və şikayətçi olduğunu vurğulayıb.

Siyəzən rayon Məhkəməsinin 31 yanvar 2023-cü il tarixli hökmü ilə şəhidin ailəsinə qarşı dələduzluq edən şəxs 2 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib.