Prodüser Təranə Səmədovadan xəbər var

Bu gün prodüser Təranə Səmədovanın məhkəməsidir.

Globalinfo.az xəbər verir ki, bu barədə Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə məlumat yayıb.

O bildirib ki, məhkəmədə qanuni nümayəndə kimi iştirak etməlidir:

“Böyük qızı ümumiyyətlə məhkəməyə gəlməkdən imtina edir, kişik qızın isə yaşı çox azdır. Dünən özü ilə danışanda balacanın körpələr evinə gedəcəyini bildirdim. Böyük qızın anası ilə münasibətinin düzələcəyini düşünmürəm. Çox təəssüf… Amma kaş ki, son şans verilə. Cəzasını evdə çəkə. Balaca qızının ona çox ehtiyacı var…”,- K.Ağazadə deyib.

Qeyd edək ki, T.Səmədovanın böyük övladı müğənni Rəqsanə ilə yaşayır.

Zaira Akifqızı
Globalinfo.az