“Prius”la döşək aparan sürücü ilə bağlı yeni xəbər – VİDEO

Bakı şəhər Dövlət Yol Polis İdarəsi Bakıda döşəyi maşının üzərinə qoyub daşıyan avtomobilin sürücüsünü aşkarlayaraq məsuliyyətə cəlb edib.

Globalinfo.az-ın Baku.ws-yə istinadən məlumatına görə, axtarışlar zamanı “Prius” markalı minik avtomobilin sürücüsünün Vəliyev Əhməd Yusif oğlu olduğu müəyyən edilib.

Onun barəsində İnzivati Xətalar Məcəlləsinin 327.1 maddəsi əsasında protokol tərtib olunub. Sürücü 40 manat məbləğində cərimələnib.