“Prius” sürücüsü elə hərəkətlər etdi ki… – VİDEO

Bakıda “Toyota Prius” markalı avtomobilin sürücüsünün görüntüləri həyəcan doğurub.

Globalinfo.az bildirir ki, bu barədə baku.ws-in qaynar xəttinə məlumat daxil olub.

Görüntülər Yasamal rayonu, Mətbuat prospektindəki “50 qəpik” adlanan avtoyuma məntəqəsində lentə alınıb.

Sürücünün qeyri-adekvat hərəkətləri ətrafdakıların diqqətindən yayınmayıb.

Məsələ ilə bağlı Bakı Şəhər Dövlət Yol Polis İdarəsinin baş inspektoru, polis mayoru Araz Əsgərli bildirib ki, məlum video ilə bağlı məsələ nəzarətə götürülüb:

“Araşdırma aparılır. Lazımi tədbirlər görüləcək”.

Görüntüləri olduğu kimi təqdim edirik: