“Prius” bu dəfə “Mustang”la toqquşdu – Anbaan video

Bakıda taksi kimi fəaliyyət göstərən “Toyota Prius” markalı avtomobilin iştirakı ilə daha bir yol qəzası olub.

Globalinfo.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, Səbail rayonu ərazisində – Azneft dairəsində taksi ilə “Ford Mustang” markalı idman avtomobili toqquşub. Nəticədə hər iki avtomobilə ciddi ziyan dəyib.

Hadisənin görüntülərindən qəzanın “Toyota Prius”un baş yolda olan “Ford Mustang”a yol verməməsi səbəbindən baş verməsi məlum olur. Həmçinin “Mustang”ın sürücüsünün də avtomobili təhlükəli idarə etməsi diqqət çəkir.

Qeyd edək ki, Bakıda, demək olar ki, hər gün “Toyota Prius” markalı avtomobillərin iştirakı ilə qəzalar baş verir.