Priqojinin qətlinin arxasında dayanan kəşfiyyatçı görün kimdir – SİRLƏR AÇILIR

“Priqojinin Afrikaya tələsik getməsi və sürətlə qayıtması onunla əlaqədar idi ki, Rusiya Baş Kəşfiyyat İdarəsinin rəhbərinin müavini – Xüsusi Fəaliyyət Xidmətinin rəhbəri Andrey Averyanovun rəhbərliyi altında “Vaqner” kontingentinin tamamilə Afrikaya yönləndirilməsi üçün bir sıra tədbirlər hazırlanırdı”.

Globalinfo.az xəbər verir ki, bu barədə qruplaşmaya yaxın Teleqram kanallarında məlumat yayılıb.

Şəxsi heyətinin sayı 20 mindən artıq olan ordu korpusunun yaradılması və hazırlanması planlaşdırılırdı. Priqojin buna son dərəcə qarşı olub və mane olmaq üçün hər cür səy göstərib.

Qeyd edək ki, Andrey Averyanov Sergey və Yuliya Skripalların Solsberidə zəhərlənməsi, Çexiyanın Vrbetiça şəhərindəki anbarda partlayış, bolqar silah alverçisi Yemelyan Gebrevin zəhərlənməsi kimi əməliyyatları ilə tanınır.

Tamerlan Yayaqan
Globalinfo.az