Prezidentlərin helikopterləri haqda maraqlı faktlar

İran Prezidenti İbrahim Rəisi və digər rəsmilərin həyatını itirdiyi helikopter qəzası ətrafında müzakirələr davam edir. Xüsusilə Rəisinin və digər nümayəndə heyətlərinin uçduğu helikopterlərin “Bell-212” markalı olması diqqətçəkən detallardandır.

Hadisə sonrası ən çox araşdırılan mövzulardan biri də dövlət başçılarının istifadə etdiyi helikopterlərdir.

Globalinfo.az bəzi dövlət başçıların istifadə etdiyi helikopterlər haqda məlumatları təqdim edir:

Rusiya Prezidenti Vladimir Putin təhlükəsizliyinə xüsusi diqqət edən liderlərdəndir. Kreml başçısı daha çox avtomobil ilə səyahət etməyi sevir. Bu zaman isə Putini böyük iri qara avtomobillər, pikaplar, motosikletlər müşayiət edir. Putin səyahət edən zaman hava məkanında ola biləcək bütün pilotsuz uçuş aparatları bloklanır və nəqliyyatın hərəkəti dayandırılır.

Putin ənənəvi rus liderləri kimi zəruri hallar olmadığı hallarda uçuşları sevmir. Helikopterləri isə birmənalı sevməyən Putin bu cür səyahətlər etmir. Buna görə xüsusi xidməti vertolyotu yoxdur.

ABŞ prezidenti Co Bayden təhlükəsizliyi yüksək səviyyədə qorunan liderlərdəndir. Tez-tez səyahət edən ABŞ prezidenti bu səyahətləri zamanı həm də helikopterdən istifadə edir.

Biden smacks head as he gets off helicopter hours after falling | US | News | Express.co.uk

Bayden “Sikorsky/Lockheed Martin VH-92A” helikopteri ilə uçur. Bu helikopterlərdə prezidentin xidmətindən öncə yüksək təhlükəsizlik tədbirləri görülür. Bundan başqa, bu helikopterlər hava şəraitinə davamlı şəkildə xüsusi istehsal edilir. Helikopterin xarici müdafiə sistemi də ən son texnologiya ilə təchiz edilir. Prezident helikopterlərini idarə edən bölmə ABŞ Dəniz Piyadaları Korpusunun bir hissəsidir.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan da tez-tez səyahət edən dünya liderlərindədir. Bu səyahətlər zamanı R.T.Ərdoğanı böyük bir mühafizə kolonu müşahidə edir. Bundan başqa müəyyən vaxtlarda onu F-16-lar və PUA-lar da müşahidə edir.

Ərdoğan hava səyahətini sevən liderlərdəndir. Xüsusi ilə təcili regionlara səfəri zamanı Türkiyə prezidenti ABŞ istehsalı olan, amma Türkiyənin modifikasya etdiyi “Sikorsky S-92” helikopterindən istifadə edir.

Fransa prezidenti Emmanuel Makron tez-tez səyahət edən və bu səyahətlərində helikopterdən istifadə edən prezidentlərdəndir. E.Makron səyahətlərində daha çox “Leonardo AW139” helikopterindən istifadə edir.

French President Emmanuel Macron Looks Out Editorial Stock Photo - Stock Image | Shutterstock Editorial

Burdan bir nəticə çıxır: əksər prezidentlərin xidməti helikopteri bütün parametrlər üzrə yüksək səviyyədədir. Onların texniki göstəriciləri, texnoloji təchizatları, təhlükəsizlik məsələləri ciddi nəzərə alınıb. İranın mərhum prezidenti İbrahim Rəisinin istifadə etdiyi helikopter isə çox köhnə olub. Bəzi ekspertlər deyirlər ki, İran sanksiyalar səbəbi ilə Qərbdən təyyarə ala bilməsə də, helikopter ehtiyacını Rusiya, Türkiyə, Çin vasitəsi ilə ödəyə bilərdi.

Turan Rzayev
Globalinfo.az