muxtar babayev 0

“WUF13-ə ev sahibliyi edən ölkə kimi Azərbaycan davamlı şəhər inkişafına, ekoloji məsuliyyətə və iqlim dayanıqlılığına xüsusi önəm verir”.

Globalinfo.az xəbər verir ki, bunu Azərbaycan Prezidentinin iqlim məsələləri üzrə nümayəndəsi Muxtar Babayev BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası çərçivəsində keçirilən sessiyada videomüraciəti zamanı deyib.

O bildirib ki, forumun təşkili zamanı da dayanıqlılıq prinsipləri əsas götürülüb:

“Bu çərçivədə daha “yaşıl” tədbir idarəçiliyi yanaşmaları tətbiq olunub və beynəlxalq standartlara uyğun dayanıqlılıq meyarlarından istifadə edilib”.

M.Babayev əlavə edib ki, bu fəaliyyətlər Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən milli prioritetlərlə davamlı inkişaf, ətraf mühitin qorunması, yaşıl iqtisadi artım və daha təmiz, dayanıqlı iqtisadiyyata keçid istiqamətləri ilə tam uzlaşır.

Zaira Akifqızı
Globalinfo.az

Paylaş: