Prezidentin nəvələri Qurban Qurbanovla – FOTO

Prezident İlham Əliyevin nəvəsi Mikayıl Ağalarov “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanovla çəkilmiş fotosunu paylaşıb.

Globalinfo.az xəbər verir ki, fotoda Əli Ağalarov da yer alıb.

“Əziz Qurban Qurbanova böyük ehtiramla… Əsl əfsanə. Bu gün kiminlə oynamağımızın fərqi yoxdur. Biz Bakıda, Azərbaycanda oynayırıq. İstəyirik ki, bu şəxs axşam stadionda və ya televizor qarşısında olacaq hər birinizin dəstəyini hiss etsin. O, çox iş görüb və çətin bir yol keçib. Bunun nəticəsi olaraq biz bu gün öz evimizdə Avropa Liqasının 1/8 final mərhələsini keçirə bilirik. Bizim gözəl komandamız, oyunçularımız və heyətimiz var. Bunu bir daha təkrarlayaq! Tək sevgi – QARABAĞ FK!” – M.Ağalarov qeyd edib.