Prezidentin Çində qarşılandığı mahnı haqda nə bilirik? – VİDEO

cin 0

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin Çin lideri Si Szinpin tərəfindən qarşılanma mərasimi zamanı “Ey Vətən” mahnısı səsləndirilib.

Qeyd edək ki, sözügedən mahnının sözləri Aslan Abdullayevə, bəstəsi Elza İbrahimovaya məxsusdur.

Globalinfo.az-a danışan Xalq artisti, bəstəkar Faiq Sücəddinov bəstənin 1975-ci illərdə yarandığını deyib:

“Zamanla bir çox sənətçilər həmin mahnını ifa etdilər. Hətta Yalçın Rzazadə, Akif İslamzadə də bu mahnıya müraciət edib. Lakin Rəşid Behbudovun ifasında sevilib. Vətənə aid mahnılar illər keçsə də, yenidən gündəmə gətirilir. 100 il sonra belə aktuallığını qoruyub saxlayacaq. Çin öz musiqimizi onlara göndərməyimizi istədi. Mahnı burada nəfəsli orkestrlə aranjiman edildi. Prezidenti də məhz o mahnı ilə qarşıladılar. Bu, ölkəmizə, Ali Baş Komandana qoyulan hörmətin göstəricisidir”.

Zaira Akifqızı
Globalinfo.az