Ilham eliyev almaniya

“Rəsmi Berlinin Cənubi Qafqaza marağı artıb. Bunu öncə Ermənistan Baş naziri Nikol Paşinyanın, indi isə Azərbaycan Prezidentinin Almaniyaya səfər etməsi də təsdiqləyir”.

Bu sözləri Globalinfo.az-a politoloq Elxan Şahinoğlu Azərbaycan Prezidenti İlham Əliyevin Almaniyaya işgüzar səfərə yollanması haqda danışarkən deyib.

Onun sözlərinə görə, qısa müddətdə ərzində Azərbaycan Prezidenti ilə Ermənistanın baş nazirinin Berlinə dəvət olunması Almaniya hökumətinin Cənubi Qafqaza artan marağından irəli gəlir:

“Paşinyan Almaniyaya səfəri zamanı boşluqdan istifadə edərək Azərbaycan əleyhinə açıqlamalar vermişdi. Bu açıqlamalar rəsmi Bakı tərəfindən xoş qarşılanmadığı üçün Berlin balansı qorumaq istəyir.

Almaniya kansleri Olaf Şolts Paşinyanla birgə mətbuat konfransında “Dağlıq Qarabağ vətəndaşlarının öz müqəddəratını təyinetmə hüququnu nəzərə alan dinc həll yolu tapılmalıdır” cümləsini işlətmişdi. Düzdür, bir gün sonra Almaniya hökumətinin saytından Şotlsun bu cümləsi çıxarılsa da, kanslerin bölgə haqqındakı baxışı ilə bağlı şübhələr aradan qalxmayıb”.

Elxan Sahinoglu 5

Politoloqun sözlərinə görə, rəsmi Berlin hər iki tərəflə bərabər səviyyədə məsafə saxlamaqla Fransanın Cənubi Qafqazda itirdiyi yeri tuta bilər:

“Fransa İkinci Qarabağ müharibəsindən sonra balansı tamamilə Ermənistanın xeyrinə pozduğu üçün vasitəçi statusunu itirib. Bu səbəbdən rəsmi Bakı Fransanın heç bir təşəbbüsünü qəbul etmir. Berlin bu boşluğu doldurmağa iddialıdırsa, Qarabağ mövzusuna qarışmadan Azərbaycanla Ermənistan arasında danışıqların intensivləşdirilməsində Brüssellə birgə fayda verə bilər”.

Turan Rzayev
Globalinfo.az

Paylaş: