64b13277b67a464b13277b67a5168933439164b13277b67a264b13277b67a3

Türkiyənin milli müdafiə naziri Yaşar Gülər Ankarada Azərbaycan Prezidentinin sosial-iqtisadi məsələlər üzrə köməkçisi Xalid Əhədovla görüşüb.

Globalinfo.az xəbər verir ki, bununla bağlı Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.

“Azərbaycan və Türkiyə arasında qarşılıqlı əlaqədən daha çox, əbədi qardaşlıq bağları ilə sarsılmaz həmrəylik ruhu var. Türkiyə ordusu bilik və təcrübəsini Azərbaycan ordusu ilə bölüşməyə davam edəcək. Bundan sonra da azərbaycanlı qardaşlarımızın yanında olmağa davam edəcəyik”, – türkiyəli nazir bildirib.

Qeyd edək ki, görüşdə Türkiyə Müdafiə Sənayesi naziri Haluk Görgün və köməkçisi Celal Sami Tüfekçi də iştirak ediblər.

Paylaş: