Prezidentdən nazirlərlə bağlı mühüm sərəncam

Azərbaycan Prezidenti İlham Əliyev Nazirlər Kabineti üzvlərinin səlahiyyətlərinin icra edilməsi haqqında Sərəncam verib.

Globalinfo.az bildirir ki, Sərəncam Azərbaycan Respublikası Konstitusiyasının 116-cı maddəsinə uyğun olaraq Nazirlər Kabinetinin istefa verməsi ilə əlaqədar imzalanıb.

Dövlət başçısının imzaladığı sənədə əsasən Nazirlər Kabinetinin yeni tərkibi formalaşdırılanadək Nazirlər Kabineti üzvlərinin səlahiyyətlərinin icra edilməsi kabinetin əvvəlki tərkibinə həvalə edilib.