Prezidentdən Mövlud Süleymanlı ilə bağlı göstəriş

Xalq yazıçısı, əməkdar incəsənət xadimi Mövlud Süleymanlı bir həftədən çoxdur xəstəxanaya yerləşdirilib.

Globalinfo.az bildirir ki, bu barədə Kult.az-a yazıçının qohumları məlumat verib.

Bildirib ki, M.Süleymanlının beyninə qan sızıb:

“Hələ də koma vəziyyətindədir. Vəziyyəti orta-ağır qiymətləndirilir. Prezident İlham Əliyevin göstərişi ilə onun müalicə xərcləri dövlət tərəfindən qarşılanır”.