Prezidentdən şəhid Səbuhi ilə bağlı SƏRƏNCAM

Prezident İlham Əliyev Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında şəhid olmuş hərbi qulluqçuların təltif edilməsi haqqında Sərəncam imzalayıb.

Globalinfo.az bildirir ki, təltif olunanlar arasında gizir Əhmədov Səbuhi Fuad oğlunun da adı yer alıb.

Belə ki, şəhid Səbuhi Əhmədov “Azərbaycan Bayrağı” ordeni və “Vətən uğrunda” medalı ilə təltif olunub.

Səbuhi Əhmədov bu ilin sentyabr ayında Ermənistan silahlı qüvvələrinin Azərbaycanla dövlət sərhədində törətdiyi təxribatın qarşısını alarkən şəhidlik zirvəsinə yüksəlib. O, İkinci Fəxri Xiyabanda dəfn olunub.

Qeyd edək ki, 2 yaşında valideynlərini itirən Səbuhi Əhmədov qardaşı Sənan Əhmədovla birlikdə SOS uşaq evində böyüyüb.