Prezident seçkilərinin yekun nəticələri açıqlandı – SƏS FAİZLƏRİ

***17:05

Azərbaycanda fevralın 7-də keçirilən növbədənkənar prezident seçkilərinin yekun nəticələri açıqlanıb.

Globalinfo.az xəbər verir ki, Mərkəzi Seçki Komissiyasının hazırda keçirilən iclasında son nəticələr elan olunub.

Nəticələrə əsasən, İlham Əliyev 92,12% səslə seçkilərin qalibi olub.

Digər namizədlərin səs faizi aşağıdakı kimidir:

Prezidentliyə namizədliyi özü tərəfindən irəli sürülən Zahid Oruc – 2,17 faiz (107 632 səs);

Böyük Quruluş Partiyasının prezidentliyə namizədi Fazil Mustafa – 1,99 faiz (98 421 səs);

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının prezidentliyə namizədi Qüdrət Həsənquliyev – 1,72 faiz (85 411 səs);

Milli Cəbhə Partiyasının prezidentliyə namizədi Razi Nurullayev – 0,80 faiz (39 643 səs);

Böyük Azərbaycan Partiyasının prezidentliyə namizədi Elşad Musayev – 0,66 faiz (32 885 səs);

Namizədliyi özü tərəfindən irəli sürülən Fuad Əliyev – 0,54 faiz (26 517 səs).

Xatırladaq ki, növbədənkənar prezident seçkilərində seçici fəallığı 76, 43 faiz olub.