Prezident seçkilərinin ilkin nəticələri nə vaxt açıqlanacaq?

Seçki məntəqələrinin 50-60 faizindən səsvermə ilə bağlı nəticələr Mərkəzi Seçki Komissiyasının monitorunda öz əksini tapdıqdan sonra artıq ilkin mənzərə aydınlaşacaq.

Globalinfo.az xəbər verir ki, bunu bu gün keçirilən mətbuat konfransında Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov deyib.

MSK sədri seçkinin ilkin nəticələrini saat 21.00-da açıqlamağı gözlədiklərini bildirib.