Fransanın sağçı Milli Birlik (RN) partiyasının deputatı Jan-Filip Tanqinin 2027-ci il prezident seçkiləri ilə bağlı açıqlamaları ölkədə siyasi gündəmin əsas mövzularından birinə çevrilib.
Globalinfo.az-ın xəbərinə görə, deputat BFMTV-nin efirində bildirib ki, Marin Le Penin RN adından prezidentliyə namizəd olduğu seçkilərdə partiya hakimiyyətə gələrsə, hicab taxan şəxslərə qarşı cərimə tətbiq olunması gündəmə gətiriləcək.
“Biz mütləq İslam ideologiyasına qarşı mübarizə aparacağıq”, – Tanqi deyib.
Deputat Fransada hicab taxan qadınların sayının artmasından narahat olduğunu vurğulayıb və vəziyyətin artıq “nəzarətdən çıxdığını” iddia edib.
Qeyd edək ki, Fransada dini simvolların istifadəsinə dair müəyyən məhdudiyyətlər artıq qüvvədədir. Dövlət sektorunda çalışanların dini simvollardan, o cümlədən hicabdan istifadəsinə məhdudiyyətlər tətbiq olunur.
Safura Bənnayeva
Globalinfo.az