Prezident seçilməsinin sevincini belə yaşadı – VİDEO

Argentinada keçirilən prezident seçkilərində sağçı siyasətçi Xavyer Miley qalib gəlib.

Yeni prezident dekabrın 10-da vəzifəsinin icrasına başlayacaq.

Globalinfo.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, X. Mileyin səsvermə nəticələrini öyrənmə anı gündəm olub.

Onun sevincini qışqıraraq və qəribə hərəkətlər edərək ifadə etməsini əks etdirən görüntülər sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.

Həmin görüntüləri təqdim edirik: