Milli Məclisin sabiq deputatı Rauf Əliyev 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.
Globalinfo.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.
Əlaqəli xəbər
Mayami küçələri Azərbaycan bayraqlarına büründü – FOTO
Sərəncamla Rauf Asif oğlu Əliyev bu mükafata ölkənin ictimai həyatında uzunmüddətli səmərəli fəaliyyətinə görə layiq görülüb.
Qeyd edək ki, mayın 27-də R.Əliyevin 70 yaşı tamam olur.