Prezident Pakistanın Baş nazirinə təşəkkür etdi

“Mən həm (Azərbaycan torpaqlarının) işğalı, həm də İkinci Qarabağ müharibəsi dövründə ölkəmizin ərazi bütövlüyünə, həmçinin ərazi bütövlüyümüzü bərpa etdikdən sonra ona verdikləri dəstəyə görə Pakistanın Baş nazirinə təşəkkürümü bildirdim”.

Globalinfo.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev iyunun 15-də Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şəriflə geniş tərkibdə görüşdə bildirib.