Prezident onları da təltif etdi – Siyahı

Prezident onları da təltif etdi - Siyahı

Azərbaycan Respublikasının ərazi bütövlüyünün qorunmasında xüsusi xidmətləri olmuş bir qrup şəxs təltif edilib.

Globalinfo.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.

    Sərəncama əsasən, Azərbaycan Respublikasının müstəqilliyinin, ərazi bütövlüyünün qorunub saxlanılmasında xüsusi xidmətlərinə və döyüş tapşırıqlarını yerinə yetirərkən göstərdikləri igidliyə görə aşağıdakı şəxslər təltif ediliblər:

    “Azərbaycanın Milli Qəhrəmanı” adı ilə

    Qurbanov Vaqif Bəxtiyar oğlu – baş leytenant (ölümündən sonra)

    Azərbaycan Bayrağı” ordeni ilə

    Quliyev Akif Bayram oğlu – ehtiyatda olan baş gizir

    “İgidliyə görə” medalı ilə

    Binyətov Gülbudağ Əli oğlu – ehtiyatda olan polkovnik-leytenant

    Əliyev Bəşir İman oğlu – ehtiyatda olan mayor

    Cəlilov Elman Səyyad oğlu – ehtiyatda olan kapitan

    Şalbuzov Tofik Şıxbala oğlu – ehtiyatda olan baş gizir.