Prezident məşhur türk aktyoru mükafatlandırdı – FOTO

56555

Türkiyənin məşhur aktyoru Engin Altan Düzyatana BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29)  iştirakına görə Azərbaycan Prezidenti İlham Əliyevin adından təşəkkürnamə təqdim edilib. 

Globalinfo.az xəbər verir ki, bu barədə Azərbaycanın İstanbuldakı Baş konsulu Nərminə Mustafayeva “X” platformasında bildirib.

“Türkiyə incəsənət dünyasının önəmli nümayəndələrindən Engin Altan Düzyatan Bakıda keçirilən COP29 sammitində iştirak edərək ətraf mühitlə bağlı maarifləndirməyə diqqət çəkmişdi. Prezident İlham Əliyevin sənətçiyə göndərdiyi təşəkkürnaməni ona çatdırdıq və verdiyi töhfənin nə qədər dəyərli olduğunu bir daha vurğuladıq”, – paylaşımda qeyd olunur.

Qeyd edək ki, E.A.Düzyatan 11-23 noyabr tarixlərində Bakıda keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) Beynəlxalq Məşvərət Şurasında Türkiyəni təmsil edib.

Əliyar Xəlil
Globalinfo.az