Prezident: “Mərkəzi Asiya ölkələrinə bu il də səfər edəcəyəm”

Mən keçən il, bu il Mərkəzi Asiya ölkələrinə dəfələrlə səfərlər etmişəm, bu il də edəcəyəm. Beləliklə, yeni yüklərin Orta Dəhliz üzrə nəql edilməsi üçün çox gözəl imkanlar var.

Globalinfo.az xəbər verir ki, bunu Prezident İlham Əliyev Gürcüstanın Baş naziri İrakli Qaribaşvili ilə birgə mətbuata bəyanatı zamanı deyib.

“Burada həm bütün inzibati məsələlər öz həllini tapmalıdır, tarif siyasəti vahid prizmadan həll edilməlidir, eyni zamanda, yüklərin cəlb edilməsi üçün və nəqli üçün birgə səylər atılmalıdır. Təbii ki, bu gün bu məsələ də geniş müzakirə olunub və hələ olunacaq”, – Prezident İlham Əliyev qeyd edib.