reqata

Ümummilli Lider Heydər Əliyevin 103-cü ildönümünə həsr edilən avarçəkmə və kanoe üzrə “Prezident Kuboku 2026” beynəlxalq reqatası çərçivəsində Suqovuşanda keçirilən yarışlar başa çatıb.

Globalinfo.az xəbər verir ki, idmançılar reqatanın bu mərhələsində müxtəlif yaş kateqoriyalarında birnəfərlik kayak və kanoe qayıqlarında 200 metr məsafədə mübarizə aparıblar.

Azərbaycan komandasının heyətində ilk medalı Əlimurad Hacızadə qazanıb. Hacızadə birnəfərlik kayak qayığında 2008–2009-cu il təvəllüdlü idmançıların mübarizəsində gümüş medal əldə edib.

Xatırladaq ki, “Prezident Kuboku 2026” beynəlxalq reqatası 30 aprel – 1 may tarixlərində Mingəçevir şəhərində yerləşən “Kür” Olimpiya Tədris-İdman Mərkəzində davam edəcək.

efa807c8 3a15 4d0e a0ff 7ae7c07f7bed
23db81c8 6f1a 4d6b 95f7 dc209a216d07
e10f40db 8ef3 43c9 a182 cc137663d4b2
c90d5bf6 d567 4245 8c8a 9526b5f0308b
c8e6e99e e207 4658 85d0 2bddbdfb69ca
7ad9321a b9da 48f3 97d0 2945673d8df5
75e1ba7f cc18 4d9e af01 b0bd1955f72c
b594c1b0 c82f 43b5 b130 f6e357034ef7
a7189be7 2f4e 4813 8e44 af4d5564281d
9dd8150a da76 4334 a3a8 3ebf916eec49
5954e390 7eda 4a48 93b0 294eb22e0fa0

Paylaş: