“Gürcüstan Prezidenti Salome Zurabişvili hər şeyi edir ki, ölkənin imicinə zərər vursun”.
Globalinfo.az xəbər verir ki, bunu Tbilisi meri Kaxa Kaladze deyib.
“Konstitusiyanı ilk pozan insanın səfərini necə qiymətləndirmək olar? O, konstitusiyanın əsas qoruyucusu olmalı idi”, – Kaladze bildirib.
Qeyd edək ki, Zurabişvili hazırda Avropa turnesindədir. O bundan öncə Fransada olub və bu gün Almaniyaya səfər edəcək. Zurabişvili Fransa parlamentində çıxış edərək, Bidzina İvanişvilinin Gürcüstanı Rusiyaya aparmaqda ittiham edib.
Əliyar Xəlil
Globalinfo.az