Azərbaycan Prezidenti İlham Əliyev Kəlbəcərə səfəri zamanı Laçının Qorçu kəndində istifadəyə verilən beynəlxalq hava limanının inşası barədə danışıb.
Globalinfo.az xəbər verir ki, dövlət başçısı hava limanı üçün yer seçiminin asan olmadığını bildirib:
“Kəlbəcər və Laçında elə bir düzənlik tapa bilmədik ki, orada uçuş-enmə zolağı inşa edilsin. Mən istəyirdim ki, aeroport həm Kəlbəcərə, həm də Laçın şəhərinə yaxın olsun. Dedilər ki, bu, mümkün deyil, gərək dağları kəsək. Dedim, kəsək, kəsək də.”