Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 10-da Maliyyə Tədbirləri üzrə İşçi Qrupu və Çirkli Pulların Yuyulmasına və Terrorçuluğun Maliyyələşdirilməsinə Qarşı Mübarizə Tədbirlərinin Qiymətləndirilməsi üzrə Ekspertlər Komitəsininin prezidenti, Böyük Britaniyanın Maliyyə Nazirliyində İqtisadi Cinayətkarlıq və Sanksiyalar üzrə direktor Giles Tompson, Türk Dövlətləri Təşkilatının Baş katibi Kubanıçbek Ömüralıyev, Eqmont Qrupun sədri, Polşanın Maliyyə Nazirliyinin Maliyyə Məlumatları Departamentinin direktor müavini Elzbieta Franko-Yaskeviç, Eqmont Qrupun icraçı katibi, Fransanın Maliyyə Kəşfiyyat Orqanının Beynəlxalq əməkdaşlıq departmantinin direktor müavini Jerom Bomon, “MONEYVAL” şirkətinin prezidenti, San Marinonun Maliyyə Kəşfiyyat Orqanının direktoru Nikolla Muçiolli, Eqmont Qrupun sədr müavini, Almaniyanın Maliyyə Kəşfiyyat Orqanının rəhbəri Daniel Telesklaf və Eqmont Qrupun sədr müavini, Səudiyyə Ərəbistanının Maliyyə Kəşfiyyat Orqanının rəhbəri Məhəmməd bin Əbdülrahman Almuhannanı qəbul edib.

Globalinfo.az xəbər verir ki, söhbət zamanı ölkəmizin Eqmont Qrupun illik plenar sessiyasına ev sahibliyi etdiyi vurğulanaraq, tədbirin yüksək səviyyədə təşkil olunduğu, orada səmərəli müzakirələrin aparıldığı qeyd edilib.

Görüşdə Azərbaycanla nümayəndə heyətinə daxil olan qurumlar arasında uğurlu əməkdaşlığın həyata keçirildiyi bildirildi, tərəfdaşlığın genişləndirilməsi ətrafında fikir mübadiləsi aparılıb.

Ölkəmizdə çirkli pulların yuyulması və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə sahəsində ardıcıl tədbirlər görüldüyü, bu istiqamətdə mühüm nailiyyətlərin əldə edildiyi bildirilib.

5lmJzjpHuIS3S5UTBAJXGDbSs3ka4WkIQdg2AubJ 1200 5Qgz2X5vPcmRHcIyLW2tVNXoRFOnvkJ8biS94Y6t 1200 84eD5qEOHjK5hnrpQNpdKBBkabBneP4aUTJQqYn2 1200 JpBFO5OOSMLgkHOHhalkCCSrvn7nJi6NoBTWoC1z 1200 MT5TKhHtUgf2UpJw0fuYrNBWb1ajMYJzANqYepqr 1200

Paylaş: