Prezident iki sazişi təsdiq etdi

“Azərbaycan Respublikası Hökuməti ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı Hökuməti arasında beynəlxalq avtomobil daşımaları haqqında” 2023-cü il fevralın 23-də Bakı şəhərində imzalanmış Saziş təsdiq edilib.

Globalinfo.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Qanunu imzalayıb.

X X X

“Azərbaycan Respublikası Hökuməti ilə Özbəkistan Respublikası Hökuməti arasında Azərbaycan-Özbəkistan İnvestisiya Fondunun yaradılması haqqında” 2023-cü il fevralın 24-də Daşkənd şəhərində imzalanmış Saziş təsdiq edilib.

Globalinfo.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı müvafiq Qanunu imzalayıb.