IMG 7560

Xəbər verdiyimiz kimi, bu gün Azərbaycan Milli Mətbuatının 150 illik yubileyi münasibətilə media nümayəndələri təltif edilib. Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.

Sərəncamla təltif olunan media nümayəndələri arasında Globalinfo.az-ın baş redaktoru Səfərov Aqşin Elşən oğlu (Aqşin Evrən) da var.

Aqşin Evrən Prezidentin sərəncamı ilə “Tərəqqi” medalı ilə təltif edilib.

O bununla bağlı paylaşım edərək, ölkə başçısına təşəkkür edib:

Prezident İlham Əliyev Milli Mətbuatın 150 illik yubileyi münasibətilə məni “Tərəqqi” medalı ilə təltif etdi. Fəaliyyətimizin dövlət səviyyəsində qiymətləndirilməsi xoş oldu. Təşəkkürlər, cənab Prezident! Təltif olunan bütün həmkarlarımızı təbrik edirəm!”

Globalinfo.az kollektivi olaraq Aqşin Evrəni (Səfərov Aqşin Elşən oğlu) təbrik edirik.

Paylaş: