“Qarabağ”ın matçında 4 qol vuruldu

Futbol üzrə Azərbaycan Premyer Liqasında XXVII turun daha bir oyunu keçirilib.

Günün ilk matçında “Turan Tovuz” “Qarabağ”ı qəbul edib.

Qarşılaşma qonaqların 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Meydan sahiblərində 10-cu dəqiqədə penaltidən Otto Con fərqlənib. Ağdam təmsilçisinin qollarını 56-cı dəqiqədə Nəriman Axundzadə, 73-cü dəqiqədə Patrik Andrade, 90+4-cü dəqiqədə penaltidən Toral Bayramov vurub.

Lider “Qarabağ” xallarının sayını 66-ya çatdırıb. Tovuz klubu 35 xalla 7-cidir.

Qeyd edək ki, tura bu gün oynanılacaq “Sumqayıt” – “Sabah” görüşü ilə yekun vurulacaq. Əvvəlki oyunlarda “Neftçi” “Səbail”i (3:0), “Zirə” “Kəpəz”i (2:1) məğlub edib. “Araz-Naxçıvan” – “Qəbələ” matçında qalib müəyyənləşməyib – 1:1.

***11:48

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasımda XXVII tura yekun vurulacaq.

Globalinfo.az-ın məlumatına görə, sonuncu gündə daha iki oyun keçiriləcək.

İlk matç Tovuzda baş tutacaq. Şəhərin eyniadlı komandası “Qarabağ”ı qəbul edəcək. Meydan sahibləri 35 xalla 7-ci pillədə qərarlaşıb. Ağdam klubu 63 xalla liderdir.

Tura “Sumqayıt” – “Sabah” qarşılaşması ilə yekun vurulacaq. “Gənclik şəhəri” təmsilçisi 39 xalla 4-cü, qonaqlar 37 xalla 5-ci yerdədir.

Azərbaycan Premyer Liqası, XXVII tur

16:00. “Turan Tovuz” – “Qarabağ”
Hakimlər: Tural Qurbanov, Vüsal Məmmədov, Rəhman İmami, Əli Əliyev
Hakim-inspektor: Orxan Məmmədov
AFFA nümayəndəsi: Elçin Məmmədov
Tovuz şəhər stadionu

19:00. “Sumqayıt”– “Sabah”
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Rauf Cabarov
Hakim-inspektor: Vüsal Əliyev
AFFA nümayəndəsi: Rüfət Əmirov
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu

Qeyd edək ki, turun əvvəlki oyunlarında “Neftçi” “Səbail”i (3:0), “Zirə” “Kəpəz”i (2:1) məğlub edib. “Araz-Naxçıvan” – “Qəbələ” matçında qalib müəyyənləşməyib – 1:1.