Premyer Liqa: “Neftçi” “Zirə”ni minimal hesabla məğlub etdi

Azərbaycan Premyer Liqasında XV tur davam edir.

Globalinfo.az xəbər verir ki, paytaxt derbisində “Neftçi” “Zirə”ni qəbul edib. “Neftçi Arena”da baş tutan görüş meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.

“Ağ-qaralar”a qalibiyyəti gətirən qola 60-cı dəqiqədə Rəhman Hacıyev imza atıb.

Bu nəticə ilə “Neftçi” xallarının sayını 22-yə yüksəldib. İkinci pillədəki “Zirə” isə 28 xalda qalıb.

Qeyd edək ki, tura dekabrın 4-də keçiriləcək “Qarabağ” – “Qəbələ” qarşılaşması ilə yekun vurulacaq.