Praqada universitetə silahlı basqın: 15 ölü, 30 yaralı – FOTO/VİDEO

Çexiyada Çarlz Universitetindəki atışmada 15 nəfər ölüb.

Globalinfo.az AFP-yə istinadən xəbər verir ki, universitetdə atışmada 15 nəfər ölüb, 30-a yaxın yaralı var.

***19:42

Dekabrın 21-də Çexiyanın paytaxtı Praqa şəhərində silahlı insident baş verib.

Praqadan Globalinfo.az-a verilən xəbərə görə, Çarlz Universitetinə silahlı basqın olub. Praqa polisinin məlumatına görə, hadisə zamanı xeyli şəxs öldürülüb. Hücum edən silahlı şəxs polis tərəfindən zərərsizləşdirilib.

Xatırladaq ki, Çarlz Universiteti nüfuzlu təhsil olcaqlarındandır. Orada dünyanın əksər ölkələrindən tələbələr var. Universitetdə azərbaycanlı tələbələr də təhsil alır.

Son məlumata görə, hadisə zamanı 10 nəfər öldürülüb, 20-dən çox adam yaralanıb.

Praqadakı oxucuların Globalinfo.az-averdiyi məlumata görə, onun adı David Kozakdır. Milliyyətcə çexdir. 1999-cu ildə anadan olub. Deyilənə görə, qatilin psixoloji problemləri olub.

Çexiya polisi hadisə ilə bağlı rəsmi “X” hesabında məlumat verilib.

“Hazırda universitet binasında baş verən atışma ilə bağlı Jan Palaç meydanına müdaxilə edirik. Bütün bölmələrimiz hadisə yerinə gedir. İlkin məlumatlara əsasən, hadisə yerində ölən və yaralananların olduğunu təsdiqləyə bilərik”, – polis sosial şəbəkədə yazıb.

Polis Jan Palaç meydanındakı binanın ətrafını bağlayıb. Mərkəzdə tramvay hərəkəti məhdudlaşdırılıb, xətlər alternativ yollarla yönləndirilir.

“Denik N” xəbər saytının məlumatına görə, polis tələbələri evakuasiya edir. Daxili işlər naziri Vit Rakuşanın hadisə yerinə getdiyi bildirilir.

Praqa şəhərinin meri hadisəni törədən şəxsin intihar etdiyini deyib.

Globalinfo.az