Küçədə gecələyən alimlə bağlı Heydər Əliyev Fondundan QƏRAR

Bir neçə gündür küçədə gecələyən professor Fazil Qaraoğlu ilə bağlı məsələ Heydər Əliyev Fondu tərəfindən nəzarətə götürülüb. 

Fonddan Globalinfo.az-a bildirilib ki, alimin 1 illik kirayə haqqı Fond tərəfindən ödəniləcək.

Xatırladaq ki, Ankaranın Gazi Universitetində çalışan F.Qaraoğlu Bakıya qayıtdıqdan sonra 17 il paytaxtda kirayədə yaşayıb. Bir neçə gündür ki, kirayə haqqını ödəyə bilmədiyi üçün evindən çıxarılıb.