Latviya Prezidenti Edqars Rinkeviçs Ermənistanın Baş naziri Nikol Paşinyanı parlament seçkilərində qələbəsi münasibətilə təbrik edib.
Globalinfo.az xəbər verir ki, bu barədə o, X sosial şəbəkə hesabında yazıb.
“Ermənistan təhdidlərə baxmayaraq, öz demokratik yolunu seçib. Latviya sizin tərəfinizdə möhkəm dayanır və Ermənistanla Avropa İttifaqı (Aİ) arasında daha sıx münasibətləri dəstəkləyir”, – deyə Prezident qeyd edib.
Əliyar Xəlil
Globalinfo.az