sss

Moldova Suriyanın müvəqqəti prezidenti Əhməd əş-Şaraanı terrorçular siyahısına əlavə edib.

Globalinfo.az xəbər verir ki, bu barədə TASS agentliyi məlumat yayıb.

“Əl-Şaraa kütləvi qırğın silahlarının yayılması ilə bağlı terror fəaliyyətlərində iştirak edən şəxslər, qruplar və qurumlar siyahısına daxil edilib”, – deyə bildirilib.

Qeyd edək ki, noyabrın 6-da BMT Təhlükəsizlik Şurası Əl-Şaraanın təşkilatın sanksiya siyahısından çıxarılması barədə qətnamə qəbul edib. Təhlükəsizlik Şurasının 15 üzvündən 14-ü Rusiya Federasiyası da daxil olmaqla, qərarın lehinə səs verib. Çin bitərəf qalıb.

Noyabrın 7-də Birləşmiş Ştatlar əl-Şaraanı sanksiyalara məruz qalan şəxslər siyahısından çıxarmaq qərarına gəlib.

Əliyar Xəlil
Globalinfo.az 

Paylaş: