siyavus 11111

“Ümummilli lider Heydər Əliyevin rəhbərliyi dövründə Azərbaycan təkcə kənd təsərrüfatı ölkəsi kimi deyil, eyni zamanda sənaye və turizm sahələrinin inkişaf etdiyi bir dövlətə çevrilib”.

Globalinfo.az xəbər verir ki, bunu Milli Məclisin plenar iclasında deputat Siyavuş Novruzov deyib.

“Kənd təsərrüfatında əldə olunan yüksək nəticələr ölkənin sosial-iqtisadi inkişafına mühüm töhfə verib, kəndlərimizin və şəhərlərimizin siması dəyişib, insanların rifahı əhəmiyyətli dərəcədə yaxşılaşıb.

Azərbaycan postsovet məkanında, hətta Baltikyanı ölkələrin bir çoxundan əvvəl torpaq islahatını həyata keçirən ölkələrdən biri oldu. Bu islahat kənd təsərrüfatının inkişafına çox güclü təkan verdi.

Qanun layihəsi Milli Məclisə təqdim edilməzdən əvvəl geniş ictimai müzakirələr keçirildi, beynəlxalq təcrübə öyrənildi. Almaniya, İsrail və digər ölkələrin təcrübələri araşdırıldı və hazırlanmış model həmin təcrübələr nəzərə alınmaqla formalaşdırıldı. Nəticədə Azərbaycan kənd təsərrüfatı sahəsində regionun qabaqcıl ölkələrindən birinə çevrildi”, – deyə o bildirib.

Deputat qeyd edib ki,  1993-cü ildən sonra torpaq islahatlarına daha böyük sürət verildi:

“Torpaqlar vətəndaşlara paylandı, dövlət isə kənd təsərrüfatı istehsalçılarına yanacaq, gübrə, toxum və digər vasitələrlə dəstək göstərdi. Bundan əlavə, əkin sahələrinin hər hektarına dövlət tərəfindən subsidiya ayrılması kənd təsərrüfatının inkişafına mühüm stimul verdi”.

Safura Bənnayeva
Globalinfo.az

Paylaş: