
Ukraynanın sabiq dövlət başçısı Pyotr Poroşenko növbəti prezident seçkilərində iştirak etməyi planlaşdırır.
Globalinfo.az xəbər verir ki, bu barədə o, “Əl-Cəzirə”yə danışıb.
Poroşenko bildirib ki, Ukrayna döyüş meydanında müəyyən uğurlar əldə etsə, seçkilərin keçirilməsi üçün zəmin yaranacaq.
Qeyd edək ki, Ukraynada prezident seçkiləri martın 31-i keçirilməli idi, lakin müharibə səbəbindən təxirə salındı.
58 yaşlı P.Poroşenko 2014-2019-cu illərdə Ukrayna prezidenti olub.